Mario Qomez İlhan Mansıza çatdı və tarixə düşdü
12 Aprel 2016 18:37 İdmanTürkiyə Super Liqasının XXVIII turunun son oyununda "Bursaspor"la qarşılaşan "Beşiktaş" qalib gəlib. ( 3:2 )
Apasport.az xəbər verir ki, "Beşiktaş" yeni stadionundakı ilk oyununda qələbəyə sevinərkən, alman hücumçu Mario Qomez də tarixə düşüb. Belə ki, qarşılaşmada və həm də yeni arenada ilk qolun müəllifi olan Qomez bununla da adını klubun tarixinə yazdırıb. Bundan əlavə, oyunda dublla yadda qalan 30 yaşlı oyunçu qollarının sayını 21-ə çatdıraraq son 14 ildə ilk dəfə bu göstəricini əldə edən "Beşiktaş" futbolçusu olub. Belə ki, 2001/2002 mövsümündə İlhan Mansızın 21 qol vuraraq bombardir olmasından sonra heç bir "ağ-qaralı" futbolçu bir mövsümdə 20 qol həddini keçə bilməmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31