İspaniya klubunda məşqçi istefası
12 Aprel 2016 18:34 İdmanLa Liqa təmsilçisi "Xetafe" baş məşqçisi Fran Eskribayla yollarını ayırıb. Apasport.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Yeni baş məşqçinin adı hələ ki, bəlli deyil.
Qeyd edək ki, Eskriba 2015-ci ilin iyun ayında "Xetafe"nin "sükanı arxasına" keçmişdi. Komanda cari mövsümdə 28 xalla 19-cu pillədə qərarlaşıb. "Xetafe" La Liqada qalmağa imkan verəcək 17-ci pillədən 2 xal geri qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31