Millimiz Hollandiyaya qarşı

Bu gün futzal üzrə milli komandamız dünya çempionatının final mərhələsinə vəsiqə verən "pley-off"un cavab görüşünə çıxacaq. Qol.az xəbər verir ki, Tino Peresin komandası evdə Hollandiya ilə qarşılaşacaq. Almere şəhərində baş tutan qarşılaşmada rəqibinə 5:1 hesabı ilə qalib gələn komandamız bugünkü matçın favoriti hesab olunur. Yığmamız Bakı İdman Sarayında keçiriləcək görüşdən sərfəli nəticə ilə ayrılacağı təqdirdə tarixində ilk dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək.

12 aprel

Dünya çempionatının pley-off mərhələsi, cavab oyunu

20:00. Azərbaycan - Hollandiya
Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moshe Bohbot (İsrail)
İlk oyun - 5:1

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31