Bakının kənd və qəsəbələri arasında birincilik keçirilib

Bakı şəhər kənd və qəsəbələrin gəncləri arasında futbol üzrə qış- yaz birinciliyinin  final oyunları keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən "OLAYLAR"-a bildirilib ki, gərgin oyun şəraitində keçən turnirdə I yeri Qobustan komandası, II yeri Ələt komandası, III yeri Gənclik komandası tutub. Daha sonra Anatoli Banişevski turnirinin qalibi  Binə  komandası  Bakı Kəndləri və Qəsəbələri üzrə qış-yaz birinciliyinin qalibi Qobustan komandası arasında Super Kubok oyunu keçirilib. Binə  3:2 hesabı ilə qələbə qazanaraq Super Kubokun  qalibi olub. Final oyunundan sonra turnirin  bağlanış mərasimi keçirilib. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin kütləvi bədən tərbiyəsi sektorunun müdiri Adil Ağayev, Kənd və Qəsəbə Futbol Federasiyasının sədri Vaqif Davudov  iştirak etmişlər. Qalib komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və kubokla təltif ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31