Rafael Ağayev birinci oldu
11 Aprel 2016 18:43 İdmanKarateçilərimiz Dubayda növbəti Karate1 Premyer Liqa turnirində 2 mükafat qazanıblar. Publika.az xəbər verir ki, Rafael Ağayev (-75 kq) nüfuzlu turnirin qalibi olub. Milli komandanın kapitanı Şahin Atamov (+84 kq) isə gümüş medala sahib olub. Bu nəticə ilə Azərbaycan karateçiləri 5-ci yeri tutublar. Ümumi mükafat fondu 100000 dollar olan Dubay Premyer Liqasında 59 ölkədən 661 idmançı iştirak edib. Qarşıda karateçilərimizi 22-23 aprel tarixlərində 7-ci "Bakı Open" Beynəlxalq turnir gözləyir. Onun ardından isə milli komandamız mayın əvvəlində Fransaya Avropa çempionatına son hazırlıqları keçəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31