"Qələbəyə aclıq hiss edirsən"
11 Aprel 2016 18:30 İdman"Mançester Siti"nin yarımmüdafiəçisi Samir Nasri 5 aylıq zədədən sonra yenidəm yaşıl meydanalara geri dönüb. Fransalı havbek "Vest Bromvix Albion"la matçda özünü yaxşı tərəfdən göstərə bilib. Goal.az xəbər verir ki, Nasri növbəti mövsüm Qvardiolanın rəhbərliyi altında oynamaq istəyini də ifadə edib. "Əvvəllər Qvardiolanın komandasına qarşı oynamışam, qarşılaşmadan sonra məni tərifləmişdi. Bu hadisə 5 il öncə olub. Qvardiola "Siti"də işə başlayanda mən qüvvəmi tam bərpa edəcəm. Ümid edirəm bu mənə kömək edər. Üzərimdə çalışacam. Uzun müddət oynamayıb geri qayıdanda qələbəyə aclıq hiss edirsən və vaxtını boş yerə itirmək istəmirsən. Səs-küylü qayıdış, əsas heyətdə yer qazanmaq istəyirəm. Qvardiola ilə birlikdə çalışsam və ona lazım olsam, o, xoşbəxt insan sayıla bilər. Çünki meydana çıxmaq həvəsim olduqca böyükdür. Bilirəm ki, onun oyun fəlsəfəsinə uyğun gəlirəm. Pep əla mütəxəssisdir. Onun planlarına daxil olmaq gözəldir. Bu klubda qalmaq istəyirəm. Ona görə müqaviləmi 2019-cu ilə kimi yenilədim. Amma meydana müntəzəm çıxmaq istəyirəm. Ehtiyat skamyada oturanda 25 illik müqavilə imzalamğın belə əhəmiyyəti yoxdur. Yalnız oyun əhəmiyyət daşıyır".