Premyer Liqada ayın ən yaxşıları mükafatlandırıldılar

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşıları mükafatlandırılıblar. Goal.az xəbər verir ki, ötən ayın ən yaxşı məşqçisi Klaudio Ranyeri, futbolçusu isə Harri Keyn olub. "Tottemhem"in hücumçusu martda rəqib qapılarına 5 dəfə yol tapıb. O, "Arsenal", "Aston Villa" və "Bournemout"la oyunlarda fərqlənib. Keyn 22 qolla hazırda Premyer Liqanın ən məhsuldar futbolçusudur. Çempionluq mübarizəsi aparan digər komanda "Leyçester Siti"nin baş məşqçisi Ranyeri isə karyerasında 2-ci dəfə Liqada "Ayın məşqçisi" seçilib. Ötən ay "tülkülər" 12 mümkün xaldan 10-u qazanıb. "Lester" yalnız "Vest Bromvix Albion"la oyunda 2:2 hesablı bərabərliyə razılaşmışdı. "Uatford", "Nyukastl" və "Kristal Palas"i minimal hesabla məğlub edən komanda turnir cədvəlində liderliyini inamla sürdürür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31