Güləşçilərimiz reytinqdəki mövqelərini qoruyub

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. AGF-dən "OLAYLAR"-a daxil olan məlumata görə,  Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Son Dünya çempionatının qızıl medalçısı Rəsul Çunayev reytinqdə ilk sırada, gümüş medalçı Rövşən Bayramov isə ikinci sırada qərarlaşıb. Reytinq sıralamasında mövqeyi dəyişməyən həm də 5-ci yerdə qərarlaşan Rafiq Hüseynov olub.  Onluğa daxil olan güləşçilərimizdən Həsən Əliyev 9-cu, Elvin Mürsəliyev 8-ci, Saman Təhmasibi 6-cı, Sabah Şəriəti isə 10-cu sıradadır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31