Blan: "Yarımfinala çıxacağımıza inanıram"
7 Aprel 2016 18:49 İdmanÇempionlar Liqasının 1/4 final mərhələsində ilk oyununa çıxan PSJ "Mançester Siti" ilə bacarmadı - 2:2.
Goal.az xəbər verir ki, parislilərin baş məşqçisi Loran Blan komandasının buraxdığı hər iki qolun səhvlərin nəticəsi olduğunu qeyd edib.
"Bizim üçün yaxşı nəticə deyil. Bunun sinir gərginliyi səbəbindən olmasını dəqiq bilmirəm, amma xeyli texniki səhvlər buraxdıq. Xüsusilə "Mançester Siti"nin vurduğu ikinci qol zamanı. Statistikaya görə oyunu istədiyimiz kimi keçirmişik. Matçın gedişinə nəzarət edirdik. Bundan başqa, iki futbolçumuz cəza səbəbindən İngiltərədəki görüşü buraxmalı olacaq. Amma yarımfinala çıxacağımıza inanıram. Çətin olsa da, qeyri-mümkün deyil. İbrahimoviç bu gün hər şeyi yaşadı: penaltini yerinə yetirə bilmədi, əlverişli imkanı boşa verdi. Zlatan üçün uğursuz gecə olduğunu düşündüyün vaxt fərqləndi. Sübut etmişik ki, səfərdə də qol vurmağı bacarırıq. Cavab oyununu oxşar tərzdə keçirib səhv buraxmasaq, növbəti mərhələyə çıxacağıq".