Françesko Toldo Bakıya gəlir
7 Aprel 2016 16:28 İdmanAprelin 8-də Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçiriləcək. Trend AFFA-nın saytına istinadən məlumat verir ki, püşkatma mərasimində qonaq qismində İtaliya futbolunun tanınmış nümayəndəsi, Avropa çempionatının gümüş mükafatçısı, UEFA Çempionlar Liqasının, 5 dəfə İtaliya çempionatının və kubokunun, 3 dəfə İtaliya Superkubokunun qalibi olmuş, "İtaliya Respublikası qarşısında xidmətlərinə görə" ordeninin Kavaleri, karyerası ərzində "İnter", "Fiorentina" kimi klubların formasını geyinmiş Françesko Toldo da iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31