İlin məşqçisi seçildi
7 Aprel 2016 18:33 İdmanİngiltərənin "Lester" klubunun baş məşqçisi Klaudio Ranyeri mükafata layiq görülüb. Apasport.az xəbər verir ki, 64 yaşlı italiyalı çalışdırıcı ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Belə ki, jurnalistlərin iştirak etdiyi sorğunun nəticələrinə əsasən, "Bearzot Prize" mükafatına məhz Ranyeri layiq görülüb. 2010-cu ildən keçirilən sorğuda Karlo Ançelotti və Massimiliano Alleqri kimi çalışdırıcılar da analoji uğurları təkrarlamağı bacarıblar.
Qeyd edək ki, Ranyerinin başçılıq etdiyi "Lester" İngiltərə çempionatında turnir cədvəlinə başçılıq edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31