"Məni rahat buraxsınlar"

"Bayern Münhen"in hücumçusu Robert Levandovski növbəti dəfə klubda qalmaq istəyini mətbuata açıqlayıb. Goal.az  xəbər verir ki, son vaxtlar adı "Real" və bir neçə ingilis klubuyla hallanan Levandovski bunları deyib: "İndi gələcəklə, harada oynamaq istədiyimlə bağlı plan yoxdur. "Bavariya"da özümü çox yaxşı hiss edirəm. Ona görə başqa təkliflər mənə maraqlı deyil. Nə edəcəyimi düşünməyimə əsas yoxdur. Sadəcə məni rahat buraxsınlar". Martın sonunda "Real"ın polyak forvarda görə 50 milyon avro və Moratanı qarşı tərəfə təklif etməyə hazırlaşdığı barədə xəbərlər yayılmışdı. Bundan sonra "Bavariya" Levandovskinin müqaviləsini 2021-ci ilə kimi yeniləmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31