Revanş, yoxsa medala doğru növbəti addım?
7 Aprel 2016 11:45 İdmanBu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsində II oyunlar keçiriləcək. Apasport.az xəbər verir ki, günə "Lokomotiv" - "Azəryol" matçı ilə start veriləcək. Üçüncü yer uğrunda qarşılaşmanın gərgin keçəcəyi gözləniləndir. Çünki "dəmiryolçular" ilk matçdakı uğuru təkrarlayıb, "bürünc"ə bir addım da yaxınlaşmağı arzuladıqları halda, Ziya Rəcəbovun komandası revanş iddiasındadır. Finalda üz-üzə gələcək "Azərreyl"lə "Telekom" arasındakı oyunda da hər 2 komandanın qalib gəlmək şansı var. Zoran Qayiçin yetirmələri uduzarsa, çempionluq şanslarını çətinə salmış olacaqlar.
Qeyd edək ki, bürünc və qızıl medallar uğrunda seriya 3 qələbəyədək davam edəcək. Ehtiyac olacağı halda əlavə matçlar da oynanılacaq.
Final mərhələsi
7 aprel
II oyunlar
Üçüncü yer uğrunda
16:00. "Lokomotiv" - "Azəryol"
I oyun: "Azəryol" - "Lokomotiv" - 0:3 (16:25; 20:25; 23:25)
Final
18:00. "Azərreyl" - "Telekom"
I oyun: "Telekom" - "Azərreyl" - 1:3 (25:23, 29:31, 20:25, 20:25)