İbrahimoviç Şevçenkoya çatdı
7 Aprel 2016 11:10 İdmanPSJ-nin hücumçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında (ÇL) növbəti qolunu vurub. Apasport.az xəbər verir ki, o, ÇL-in bombardirləri yarışında ilk "beşliy"ə bir qədər də yaxınlaşıb. 1/4 final mərhələsinin "Mançester Siti" ilə ilk görüşündə bir dəfə toru silkələyən isveçli forvard bu turnirdəki qollarının sayını 48-ə yüksəldib. Bununla İbra eyni sayda qolla 7-ci sırada qərarlaşan Ukrayna futbolunun əfsanəsi Andrey Şevçenkoya çatıb. Zlatan ÇL-də daha 3 qol vurarsa, Alfredo di Stefano (49) və Tyerri Anrini (50) keçəcək və ən məhsuldar 5-ci oyunçu olacaq. Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu isə "Real"ın hücumçusu Kriştianu Ronaldodur. Portuqaliyalının aktivində 90 top var.
Qeyd edək ki, PSJ - "Mançester Siti" oyunu 2:2 hesabı ilə başa çatıb.