Simeone: "Bu nəticə məni qane edir"
6 Aprel 2016 19:00 İdmanÇempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Barselona" səfərinə yollanan "Atletiko" 1:2 hesabıyla uduzub. Madrid klubu 35-ci dəqiqədə Fernando Torresin meydandan qovulması ilə oyunu azlıqda başa vurmalı olub. Goal.az xəbər verir ki, matçdan sonra "Atletiko"nun baş məşqçisi Diyeqo Simeone bunları deyib:
"Hakimliklə bağlı heç nə demək istəmirəm. Komandamdan razı qaldım. Birinci hissədə 30 dəqiqə ərzində yaxşı oynadıq. Çətin səfərdə güclü rəqibə qarşı alınan bu nəticə məni qane edir. Cavab görüşünü gözləyirik. Azarkeşlərin bizə böyük dəstək verəcəyindən əminəm. Torresə əsəbləşmirəm. Şübhəsiz, indi istədiyim sözləri deyə bilmərəm. Oyun və hakim barədə sözlərimə düzgün sözlər seçməliyəm. Suarez ən azı 2 dəfə insident yarada bilərdi. Amma fikrimin hamsını ifadə etmək istəmirəm. Bununla yanaşı, "Atletiko" turnirin ən güclü 4 komandası sırasına çıxmaq üçün əlindən gələni edəcək".