"Bavariya" azarkeşləri daha çox top buraxacağımızı gözləyirdi"
6 Aprel 2016 18:45 İdman"Bavariya" ÇL-nın 1/4 finalında keçirdiyi ilk görüşü "Benfika" üzərində minimal hesablı qələbə ilə başa vurub. Goal.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında Lissabon təmsilçisinin baş məşqçisi Rui Vitoriya cavab görüşü barədə ümidli danışıb.
"Hər şey plan üzrə getdi. Futbolçularımla fəxr edirəm, "Allianz arena"da yaxşı oynadıq. Problemlərimiz olsa da, oyunun sonluğunu gözəl mübarizə apardıq. Biz oyun fəlsəfəmizə sadiq qaldıq. Münhendə 4-5 min azarkeş bizi dəstəkləyirdi. Onları görməkdən şad oldum, hər birinə təşəkkürümü bildirirəm. Növbəti həftə artıq 60 min azarkeşin dəstəyini görəcəyik. Erkən qol buraxmaq istəmirdik. Amma bu, iradəmizi qırmadı. "Bavariya" üçün problem yarada bildik. Heç nə itirilməyib. Cavab oyununda şanslardan maksimum istifadə etməyə çalışacağıq. Fikrimcə, "Bavariya" azarkeşlərini təəccübləndirdik. Onlar, yəqin komandalarının daha çox qol vuracağını gözləyirdi".