Cüdo üzrə açıq birincilik keçirilib
6 Aprel 2016 16:28 İdmanTəhsil Nazirliyinin dəstəyi ilə 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin 2002-ci, 2003-cü, 2004-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə açıq birincilik keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, yarışda 10 kulubdan 150-dən çox cüdoçu öz gücünü sınayıb. Birinciliyin keçirilməsində əsas məqsəd perspektivli idmançıları üzə çıxarmaq, yeniyetmələrin asudə vaxtının səmərəli təşkilinə dəstək vermək, uşaqları sağlam həyat tərzinə cəlb etmək, yerli və beynəlxalq yarışlara idmançılar hazırlamaq və onların yarış təcrübəsini artırmaqdan ibarətdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda qalib gələn idmançılar müvafiq diplom, kubok, medal və xatirə hədiyyələri ilə təltif olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31