Avropa təsnifat turniri keçiriləcək
6 Aprel 2016 16:25 İdmanAprelin 15-17-də Serbiyanın Zrenyanin şəhərində Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a AGF-dən daxil olub. Bildirilib ki, güləşçilərimiz qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını davam etdirir. Aprelin 7-də Olimpiya Güləş Mərkəzində yunan-Roma güləşi üzrə yığma komandanın mətbuat üçün açıq məşqi keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31