AVRO-2024: Azərbaycan namizədlər arasında

Azərbaycan daha bir beynəlxalq futbol turnirinə ev sahibliyi etmək arzusundadı. Apasport.az xəbər verir ki, söhbət 2024-cü ildə keçiriləcək Avropa çempionatından gedir. Belə ki, həmin turnirə namizədlərin siyahısında Azərbaycanın da adı var. Ancaq ölkəmiz bunun üçün Almaniya, Litva, Belarus, Türkiyə, Macarıstan, İtaliya, Hollandiya, İrlandiya, Şotlandiya, Ukrayna, Ermənistan, həmçinin Danimarka, İsveç, Norveç və Finlandiyaya qalib gəlməlidir. Adıçəkilən 4 Skandinaviya ölkəsi Avropa çempionatına birlikdə ev sahibliyi etmək niyyətindədir. İndiki məqamda əsas favoritlər isə Almaniya və Türkiyə hesab edilir. Avropa çempionatına iddialı olan ölkələr namizədliklərini rəsmən 2017-ci ildə irəli sürəcəklər. Turnirin hansı ölkədə keçiriləcəyi isə 2018-ci ildə açıqlanacaq. AVRO-2020-nin 4 oyununa "qucaq açacaq" Azərbaycanın 4 il sonrakı yarışa ev sahibliyi edib-etməyəcəyi də məhz həmin vaxt bəlli olacaq.

Qeyd edək ki, UEFA-nın yeni prezidenti Canni İnfantino bir neçə gün əvvəl açıqlamasında Azərbaycanın DÇ-2026-ya da namizəd olduğunu bildirmişdi. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31