Final mərhələsi başlayır

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında final mərhələsinə start veriləcək. Apasport.az xəbər verir ki, öncə meydana bürünc medal uğrunda mübarizəni davam etdirən "Azəryol"la "Lokomotiv" çıxacaqlar. Bakı İdman Sarayında keçiriləcək qarşılaşmalarda "dəmiryolçular" favorit göstərilsələr də, Ziya Rəcəbovun yetirmələrinin qalib gəlməsi sürpriz sayılmayacaq. Çünki "Azəryol" tarixində ilk mükafatını qazanmaq arzusundadır. Bu görüşün ardınca finalçılar - "Telekom"la "Azərreyl" üz-üzə gələcəklər. Qarşılaşmada aşkar favorit olmadığından, matçın tay-brekə kimi davam edəcəyi istisna deyil.

Qeyd edək ki, bürünc və qızıl medallar uğrunda seriya 3 qələbəyədək davam edəcək. Ehtiyac olacağı halda əlavə matçlar da oynanılacaq.


Final mərhələsi
5 aprel
I oyunlar

Üçüncü yer uğrunda
16:00. "Azəryol" - "Lokomotiv"

Final
18:00. "Telekom" - "Azərreyl"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31