Neymara görə 193 milyon avro

Neymar PSJ-nin başlıca transfer hədəfinə çevrilib. Goal.az xəbər verir ki, Paris klubu braziliyalı forvarda görə "Barselona"ya 193 milyon avro təklif etməyə hazırdır. Bu vəsaiti PSJ bir neçə mərhələdə ödəmək istədiyindən "Financial fair play"lə bağlı problem olmayacaq. Neymarın hazırkı müqaviləsi 2018-ci ildə başa çatır. Parislilər Neymara illik 20 milyon avro məvacib təklif etmək fikrindədir. Bu, yayda klubu tərk edəcək Zlatan İbrahimoviçin məvacibindən 5 milyon avro çoxdur.

Qeyd edək ki, Neymarın "Barsa"da 2015/16 mövsümü üçün qazancı 14.5 milyon avro qazanacaq. Futbolçunun agenti Vaqner Ribeyo onun Parisi sevdiyini etiraf edib. "Neymar dünyanın ən yaxşı klubunda çıxış edir. Bundan artığını istəmək də olmaz. Amma Paris kimi şəhərdə yaşamaq və PSJ kimi klubun şərəfini qorumaq da arzulardan biridir. "Barselona" ilə müqavilə 2 ildən sonra başa çatacaq. Görək, nə olacaq" - Ribeyro söyləyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31