Dünya çempionu ərəb şeyxi oldu
4 Aprel 2016 19:51 İdmanBəhreyndə beynəlxalq "Formula-1" yarışlarının mərhələ yarışı başlanacaq. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Bəhreyn Qran-Prisində iştirak edəcək britaniyalı pilot, "Mercedes" komandasının ulduzu Lüis Hemilton ənənəvi ərəb geyimində reportyorların qarşısına çıxıb. Ağ "toba"dakı fotolarını Twitter-də paylaşan dünya çempionu yazıb: "Bəhreynə, onun mədəniyyətinə sayğı və sevgilərlə!" Lüis Hemiltonu dünən Bəhreyn Avtomobil İdmanı Federasiyasının prezidenti, şeyx Abdulla bin İsa əl Xəlifə müşayiət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31