"Çelsi"nin yeni baş məşqçisi italyan oldu
4 Aprel 2016 18:54 İdmanFutbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte İngiltərənin "Çelsi" klubu ilə müqavilə imzalayıb. Report bildirir ki, anlaşma 3 illik nəzərdə tutulub. 46 yaşlı mütəxəssis yeni mövsümdən komandanın başında olacaq. A.Konte buna qədər İtaliya yığması ilə Fransada keçiriləcək AVRO-2016-da çıxış edəcək. "The Sun"ın iddiasına görə, baş məşqçi yeni komandasında ildə 6 milyon avro qazanacaq.
Qeyd edək ki, A.Konte baş məşqçi karyerası ərzində İtaliyanın "Bari", "Atalanta", "Siena" və "Yuventus" klublarında da çalışıb. Ötən ilin dekabrında uğursuz nəticələr səbəbindən Joze Mourinyo ilə yollarını ayıran "Çelsi"yə hazırda Qus Hiddink başçılıq edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31