Hollandiya çempionu Azərbaycanda oynamaqdan imtina etdi

Rusiya milli komandasının futbolçusu Dmitri Bulıkin karyerasını başa vurub. Apasport.az xəbər verir ki, 37 yaşlı hücumçu vətənində verdiyi müsahibədə karyerası və verdiyi qərardan danışıb. O bildirib ki, karyerasını bitirməzdən öncə bir sıra təkliflər də alıb. Adını açıqlamadığı Azərbaycan klubunun da maraq dairəsində olduğunu bildirən Bulıkin təklifdən imtina edib: "Azərbaycan, Qazaxıstan və bir sıra ərəb ölkələrindən, həmçinin I diviziondan  təkliflər almışdım. Lakin karyeramı evdən uzaqda başa vurmaq istəmədim".

Qeyd edək ki, "Ayaks"la Hollandiya çempionu, "Lokomotiv"lə Rusiya kubokunu qazanıb. O, Rusiya millisində 15 oyunda 7 qol vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31