Daha 2 komanda Avrokubokdan kənarlaşdırıldı

UEFA daha iki komandanı avrokuboklardan uzaqlaşdırıb. Apasport.az xəbər verir ki, Ukraynanın "Dnepr" və Rumıniyanın "Tarqu Mureş" klublarına sanksiya tətbiq edilib. Hər iki komanda maliyyə feyr-pley qaydalarını pozduğu üçün 1 mövsümlük avrokuboklardan kənarlaşdırılıb. Onlar qarşıdakı 3 mövsümdən (2016/17, 2017/18, 2018/19) birində Avrokuboka vəsiqə qazanarsa, iştirakdan məhrum olacaq. Əgər bu 3 mövsümdə komandalar vəsiqə əldə edə bilməsələr, cəza qüvvədən düşəcək.

Qeyd edək ki, UEFA eyni səbəbdən Bakı "İnter"ini də 1 mövsüm Avrokuboklardan kənarlaşdırıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31