U-23 AÇ-2016: qadın güləşçilərin mübarizəsi davam edir
1 Aprel 2016 12:54 İdmanBolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, çempionatın üçüncü günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazanıb. Tatyana Omelçenko (60 kq) qızıl, Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) bürünc medala yiyələnib.
Yarışların dördüncü günündə 53, 58, 63 və 75 kq çəkidə qadın güləşçilər mübarizəyə qoşulur. Azərbaycan güləşçiləri 2 çəkidə təmsil olunur.
53 kq
1/8 final - Leyla Qurbanova - Simona Pricob (ROU) 5:2
1/4 final - Fikriye Gök (TUR) - Leyla Qurbanova 0:10
1/2 final - Lilya Horişna (UKR) - Leyla Qurbanova
58 kq
1/4 final - Ekaterina Rusu (MDA) - Alyona Kolesnik 2:2* (tuşe)
1/2 final - Alyona Kolesnik - Derya Bayhan (TUR)