Ebue klubdan da qovuldu

Menecerinə ödəyəcəyi borcu gecikdirdiyi üçün FİFA tərəfindən 1 il müddətinə futboldan uzaqlaşdırılan Emmanuel Ebue klubdan qovulub. Sport7.az xəbər verir ki, Kot-d`İvuardan olan futbolçu mövsümün sonuna qədər müqavilə imzaladığı "Sanderlend"dən də qovulub. İngiltərə Premyer Liqa təmsilçisi məsələ ilə bağlı rəsmi açıqlama yayaraq, FİFA-dan xəbərdarlıq aldıqlarınıı, Ebue ilə müqaviləni ləğv etmək məcburiyyətində olduqlarını bildirib. Bununla yanaşı, klub 32 yaşlı müdafiəçi ilə meneceri arasındakı problemdən xəbərsiz olduğunu da bildirib.

Qeyd edək ki, Ebue "Qalatasaray"dan ayrıldıqdan sonra bir müddət klubsuz qalmış, ardınca "Sanderlend"lə anlaşmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31