"Məşqçi işləmək niyyətində deyiləm"

"Yuventus"un qapıçısı Canluici Buffon gələcək karyerası haqda danışıb. Qol.az xəbər verir ki, 38 yaşlı qolkiper iki il sonra karyerasını başa vuracağını bildirib: "Düzünü desəm, 40 yaşımda karyeramı başa vurmaq istəyirəm. Bu isə o deməkdir ki, hələ iki ilim var. Karyeramı bitirdikdən sonra nə edəcəm? Onu deyə bilərəm ki, məşqçi işləmək niyyətində deyiləm. ABŞ və Çinə gedərək skaut kimi fəaliyyət göstərmək istəyirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31