Ulduz futbolçuya şok: 1 il futbol oynaya bilməyəcək
31 Mart 2016 18:40 İdmanAli futbol qurumu FİFA "Qalatasaray" futbol klubunun keçmiş ulduzunu cəzalandırıb. Anspress bildirir ki, qurumun qərarı ilə məşhur futbolçu Emmanuel Eboue futboldan 1 illik uzaqlaşdırılıb. FİFA-nın belə bir qərar verməsi sabiq qalatasaraylının menecerinə olan borclarını ödəməməsi ilə əlaqədardır. Bir müddət əvvəl İngiltərə Premyer Liqasının "Sunderland klubu" ilə müqavilə bağlayan, əslən Fildişi Sahilindən olan ulduz futbolçu uzun müddətdir ki, borclarını ödəmirmiş. Borcun miqdarı açıqlanmasa da, 33 yaşlı ulduzun müəyyən edilən miqdarı ödədiyi təqdirdə yenidən yaşıl meydanlara qayıda biləcəyi açıqlanıb. E.Eboue daha əvvəl də menecerinə olan borcunu gecikdirdiyi üçün FİFA tərəfindən cəzalandırılıb. Onun borcunu ödəmədiyi təqdirdə futbol oyanaya bilməyəcəyi bildirilir. Məşhur futbolçu 2011-2014-cü illər arasında "Qalatasaray"ın formasını geyinib. Türkiyədə oynadığı üçün il ərzində Eboue sarı-qırmızılılarla 2 liqa, 2 super kubok və bir Türkiyə kuboku qazanıb.