Premyer Liqada istefa

"Aston Villa"nın baş məşqçisi Remi Qard istefaya göndərilib. Qol.az xəbər verir ki, fransalı mütəxəssislə qarşılıqlı razılıq əsasında yollar ayrılıb. Komandanı müvəqqəti olaraq Erik Blek çalışdıracaq. Premyer Liqa təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb.

Qeyd edək ki, Qardın rəhbərliyi altında 23 oyun keçirən "Aston Villa" cəmi 3 qələbə qazanıb. Komanda geridə qalan 31 turdan sonra 16 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31