Futbolçu millidən qalmaqalla ayrıldı
31 Mart 2016 11:32 İdmanXorvatiya yığmasının futbolçusu Deyan Lovren komandadan qalmaqalla ayrılıb. Report xəbər verir ki, hadisə Macarıstanla yoldaşlıq görüşü zamanı baş verib. İngiltərə "Liverpul"unun müdafiəçisi ikinci hissədə isinmə hərəkətləri edilən əraziyə gedib. O, 20 dəqiqə məşq etdikdən sonra meydana çıxmayacağını görüb və texniki zonaya qayıtmayaraq birbaşa paltardəyişmə otağına yollanıb. Yığmanın baş məşqçisi Ante Çaçiç 26 yaşlı müdafiəçinin bu hərəkətinə görə AVRO-2016-dan kənarda qalacağını deyib: "Milli komandadan önəmli bir şey yoxdur. Bu cür davranışla itirən mən deyiləm. Lovren daha yığmanın üzvü deyil və Fransada olmayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31