"Real"ın ulduz futbolçusu Kriştianu Ronaldunun evlərini satışa çıxarması haqqında iddialar səslənib. Türkiyə mətbuatı xəbər verir ki, Ronaldu İspaniyada satışa qoyduğu evlərdən birinə 5, digərinə isə 2 milyon avro qiymət qoyub.
Qeyd edək ki, futbolçunun evində 7 yataq otağı, 9 hamam otağı, 8 park yeri, hovuz və başqa lüks şərait var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31