Türkiyə millisinin futbolçusu dopinqdən istifadə etdi
30 Mart 2016 14:27 İdmanTürkiyə yığmasının və "Fənərbağça"nın müdafiəçisi Gökhan Gönüllə bağlı şok iddia yayılıb. Apasport.az bildirir ki, təcrübəli futbolçu dopinq testdə "ilişib". Futbolçu fevralın 29-da keçirilmiş "Fənərbağça" - "Beşiktaş" matçından sonra dopinq testdən keçib. 31 yaşlı oyunçunun qanında istifadəsi qadağan olunan dərman preparatı aşkarlanıb. Belə ki, derbidən əvvəl Gökhan meydana ağrıkəsici iynənin köməyi ilə çıxıb. Araşdırmalardan sonra məlum olub ki, bu, dopinq yox, istifadəsi qadağan olunmuş maddədir. Bu iynə sayəsində onun ağrısı kəsilib. Qaydalara görə, belə maddədən istifadə etməzdən öncə səlahiyyətli şəxslərə məlumat verilməlidir. Əgər federasiyanın vaxtında məlumatlandırılmadığı aşkarlanarsa, o zaman futbolçunu 2 illik diskvalifikasiya gözləyir. Hazırda bununla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Fənərbağça"nın 2:0 hesabı ilə qələbə qazandığı XXIII tur matçında Gökhan Gönül 90 dəqiqə meydanda olmuşdu.