Kurtua: "Hər şey "Çelsi"dən asılı olacaq"
29 Mart 2016 20:32 İdman"Real" De Xeadan sonra "Çelsi"nin qolkiperi Tibo Kurtuanı izləməyə başlayıb. Goal.az-a xəbər verir ki, belçikalı qapıçı qeyri-müəyyən danışmaqla şübhələri daha da gücləndirib. "Növbəti mövsüm harada oynayacağım "Çelsi"dən asılı olacaq. Karyeramda mükafatsız olacaq bu mövsümü yaxşı başa vurmaq istəyirən. Bu mövsüm mənim üçün çətin keçir. İndi bütün diqqətimi AVRO-2016-da uğurlu çıxışıa yönəltmişəm".
Qeyd edək ki, Kurtua zədə səbəbindən 4 ay yaşıl meydanlardan kənarda qalmışdı. "Çelsi" onun gedəcəyi təqdirdə "Milan"ın gənc qapıçısı Canluici Donnarummanı heyətə qatmağı düşünür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31