Həbsxanada futbolçuya hücum etmək planlaşdırılır

"Sanderland"in keçmiş futbolçusu Adam Conson martın 24-də 6 il müddətinə azadlıqdan məhrum olunub. O, cəzasını Lidsdə yerləşən "Armley" ciddi rejimli həbsxanada çəkəcək. Goal.az xəbər verir ki, bir sıra məhbuslar ona hücum çəkmək istəyir. Hücüm şəkər qatılmış qaynar suyu Consonun üzünə atmağı əhatə edir. Bunu yerinə yetirəcək şəxsi siqaret və şokoladdan ibarət "mükafat fondu" gözləyir. "Armley" cəzaçəkmə müəssisəsində xeyli "Liids" və "Bradford Siti" fanatlı olduğundan Consona qarşı nifrət təbii qəbul olunur.

"Sanderland"in eks yarımmüdafiəçisi həbsxanada təmizlik işlərini icra edəcək və buna görə həftədə 11 funt qazanacaq. 28 yaşlı Consonun bir müddət sonra yüksək mühafizə olunan "Frankland" həbsxanasına keçirilməsi də mümkündür. Futbolçu kimi onun qazancı həftədə 60 min funt idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31