Ali təhsil müəssisələri arasında stolüstü tennis yarışı keçirilir
29 Mart 2016 16:21 İdmanMartın 28-dən etibarən Azərbaycan Stolüstü Tennis Federasiyasının və Təhsil Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında stolüstü tennis üzrə Respublika çempionatı keçirilir. Gənclər və İdman Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, çempionatın məqsədi tələbələri bədən tərbiyəsi, sağlamlıq və idman sahələrinə cəlb etmək, I Avropa Oyunları irsinin qorunması və ali təhsil müəssisələri arasında dostluq əlaqələrinin qurulmasıdır. Çempionatda Bədən Tərbiyəsi və İdman Akademiyası, Tibb Universiteti, Milli Aviasiya Akademiyası, Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Dövlət İqtisad Universiteti, Turizm və Menecment Universiteti, Kooperasiya Universiteti və Sumqayıt Dövlət Universitetinin tələbələri iştirak edirlər.