Gimnastlarımız Qran-pri yarışında iştirak edib

Fransanın Tiye şəhərciyində bədii gimnastika üzrə ənənəvi Qran-pri yarışları keçirilib. "OLAYLAR"-ın GİN-ə istinadən verdiyi xəbərə görə, yarışlarda Azərbaycan həm qrup hərəkətləri komandası ilə, həm də fərdi çıxış proqramında təmsil olunub. Beynəlxalq arenada yeni çıxış proqramını ilk dəfə nümayiş etdirən bədii gimnastika üzrə yığma komandanın lideri Marina Durunda lentlə final çıxışında 6-cı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31