Vengerdən ayrılıq iddialarına cavab
29 Mart 2016 10:15 İdman"Arsenal"ın baş məşqçisi Arsen Venger mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.qol.az xəbər verir ki, fransalı mütəxəssis gələn mövsümdə də London təmsilçisini çalışdıracağından əmin olduğunu deyib:"Çempionluq uğrunda mübarizə apardığımız bir dövrdə mənə qarşı olan təzyiqləri heç də xoş qarşılamıram. Çox sevdiyim bu klub üçün əlimdən gələni edirəm. Bu sevgimi azarkeşlərlə paylaşa bilsəm, daha yaxşı olar. Hər kəsin bilməsini istəyirəm. Bu komandaya ürəkdən bağlıyam və gələn mövsüm də "Arsenal"da olacağımdan şübhəm yoxdur".Qeyd edək ki, "Arsenal"ın Vengerlə 3 illik müqavilə imzalayacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31