"İnter"in baş məşqçisi Roberto Mançininin oğlu Andrea Mançini karyerasını ABŞ-da davam etdirəcək. Apasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Di Si Yunayted" klubu ilə müqavilə imzalayıb. Məlumatı ABŞ təmsilçisi açıqlayıb. "Di Si Yunayted"in rəhbəri "İnter"in prezidenti Erik Tohirdi.
Qeyd edək ki, Mançininin son klubu Macarıstan təmsilçisi "Haladaş" olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31