Tanınmış türk futbolçu yenidən yaşıl meydanlara qayıdır

"Xəzər Lənkəran"ın və "Beşiktaş"ın sabiq futbolçusu Ahmet Dursun 38 yaşında karyerasını bərpa edib. Qafqazinfo bildirir ki, o, İstanbul 2-ci həvəskar liqa təmsilçisi "Böyükdərəspor" klubu ilə müqavilə bağlayıb.

Qeyd edək ki, Ahmet Dursun 2009-2010-cu illərdə "Xəzər Lənkəran"ın formasını geyinib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31