Yığmamız turniri 3-cü pillədə başa vurub
28 Mart 2016 16:07 İdman16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün son oyununu keçirib. "OLAYLAR"-ın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadən verdiyi xəbərə görə, Belarus komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Yığmamızın qolunu penalti zərbəsindən Kamran Quliyev vurub.
Xatırladaq ki, futbolçularımız turnirin ilk oyununda Lixtenşteyn yığmasına 8:0 hesabı ilə qalib gəlmiş, ikinci qarşılaşmada isə Malta komandasına məğlub olmuşdu - 0:3.
Yığmamız turniri 3-cü pillədə başa vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31