Azərbaycan çempionatında 2-ci mərhələ keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda dağa fərdi qrup ötüşməsi üzrə Azərbaycan çempionatının 2-ci mərhələsi keçirilib. "OLAYLAR"-ın Gənclər və İdman Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib. Kiçik yaşlı qızların mübarizəsində 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. U-15, U-17 və gənclər kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, Qadir Mustafayev və Rövşən İsmayılov digər rəqibləri üçün əlçatmaz olublar. U23/Elit kateqoriyasında ixtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbi / Lokomotiv klubunu təmsil edən Aqşin Bağırlı birinci yeri tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31