"Qalatasaray" - "Fənərbağça" oyunu aprelin 6-sı keçirilə bilər
23 Mart 2016 09:03 İdmanDaha öncə təxirə salınmış "Qalatasaray" - "Fənərbağça" oyunu aprelin 6-sı baş tuta bilər.
Haber 7 qəzetinin verdiyi məlumata əsasən, Türkiyə Futbol Federasiyası hər iki komandanın qrafiki sıx olduğundan məhz bu tarixi nəzərdən keçirir.
Həmçinin qeyd olunur ki, matçın çempionatın nəticəsinə birbaşa təsir edəcəyindən, oyunun tez bir zamanda keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, Türkiyə Superliqasının 26-cı turu çərçivəsində martın 20-i keçirilməli olan "Qalatasaray" - "Fənərbağça" oyunu mümkün terror təhlükəsi ilə əlaqədar təxirə salınmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31