Yığmamız Qırğızıstan klubuna da uduzdu
18 Mart 2016 20:00 İdmanKişi basketbolçulardan ibarət Azərbaycan millisi Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunan "Nooruz-2016"da növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız yerli "Politexnik" klubu ilə üz-üzə gəlib. Qarşılaşma təmsilçimizin məğlubiyyətlə başa çatıb. Rəqib basketbolçularımıza 64:56 hesabı ilə qalib gəlib. Hər iki görüşdə uduzan yığmamız sabah Qırğızıstanın digər - "Bars" klubu ilə gücünü yoxlayacaq.
Qeyd edək ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi millimiz ilk matçda Qazaxıstan "Kaspi"sinə 51:100 hesabı ilə uduzub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31