Millidə forma problemi

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi forma problemi ilə üzləşib. Apasport.az bildirir ki, əsas komandamız bu çətinliyi Qırğızıstanın paytaxtı Bişkekdə təşkil olunan "Nooruz-2016" turnirində yaşayır. Basketbolçularımız keçirdiyi 2 oyuna yığmanın formasında deyil, NTD-nin geyimi ilə çıxıb. Bu qeyri-adi hala Azərbaycan Basketbol Federasiyası aydınlıq gətirib. Qurumdan saytımıza bildirilib ki, bunda hansısa problem yoxdu: "Hazırda NTD çempionatımızın lideridi. Bişkekə yollanan yığmanın əsasını da Bakı təmsilçisinin üzvləri təşkil etdiyindən həmin klubun forması ilə oynamaq məqsədəuyğun sayılıb".

Qeyd edək ki, yarış martın 21-də başa çatacaq. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31