Zidan “Real”ı vaxtından əvvəl tərk edə bilər
18 Mart 2016 19:46 İdman"Real"ın baş məşqçisi Zinəddin Zidan mövsüm başa çatmamış Madrid klubundan ayrıla bilər. Qol.az xəbər verir ki, buna səbəb fransalı mütəxəssisin komandanın oyunundan narazı olmasıdır. Z.Zidan La Liqanın 29-cu turunda "Las Palmas" üzərində çətin qələbədən sonra klubun prezidenti Florentino Pereslə birgə bəzi futbolçuları görüşüb. Serxio Ramos, Marselo, Pepe və Kriştinu Ronaldonun işirak etdiyi görüşdə futbolçulardan qarşıdakı oyunlarda komanda üçün daha çox fədakarlıq etmələri tələb olunub. Buna əməl edilməsə, Z.Zidan istefa verəcəyini bildirib.
Qeyd edək ki, Z.Zidanın "Real"la müqaviləsi bu mövsümün sonu başa çatır. Madrid klubu gənc mütəxəssislə yeni müqavilə imzalamağı planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31