UEFA-dan Putin forması geyinən futbolçuya gözlənilməz cəza
18 Mart 2016 14:41 İdmanUEFA "Lokomotiv"in futbolçusu Dmitri Tarasovu cəzalandırıb. Qol.az xəbər verir ki, buna futbolçunun Avropa Liqasının "Fənərbağça" - "Lokomotiv" oyunundan sonra üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan köynəyi nümayiş etdirməsi səbəb olub.
Qeyd edək ki, UEFA öz bayrağı altında keçirilən yarışlarda siyasi təbliğatı qadağan edir. Qurumun qərarına əsasən, Tarasova 5 min avro məbləğində cəza kəsilib.
Qeyd edək ki, bu cəzanı Tarasov üçün yüngül hesab etmək olar. Bundan əvvəl onun avrokuboklardan 10 oyunluq uzaqlaşdırılacağı bildirilirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31