"Totti, "Roma"da vaxtın bitibsə, bizə qoşul"
18 Mart 2016 18:28 İdman"Sampdoria"nın prezidenti Massimo Ferrero "Roma"nın kapitanı Françesko Tottini klubuna dəvət edib. Goal.az xəbər verir ki, Ferrero onun İtaliya futboluna məxsus sənət əsəri olduğunu bildirib və başqa ölkəyə getməsini düzgün saymayıb.
"Eşitmişəm, "Roma" Totti ilə müqaviləni yeniləmək istəmədiyindən o, başqa ölkəyə getmək fikrindədir. Məncə, bu qeyri-mümkündür. Çünki Totti italyan futbolunun simvolu və UNESCO-nun himayəsində olan dünya futbolunun obyektidir. Bu səbəbdən onu "Sampdoria"ya dəvət edərdim. İtaliya futbolu üçün Françesko sənət əsəridir, ona görə qorunmalıdır. Totti üçün təkrar edirəm: əgər hesab edirsən ki, "Roma"dakı tarixin sona çatıb, bizə qoşul. Dünyanın ən yaxşı rəngləri olan futbolkasını - "Sampdoria" formasını geyin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31