Olimpiya məşəli 329 şəhərdə alovlanacaq
27 Fevral 2016 14:27 İdmanRio-2016 Olimpiadası məşəlinin estafeti Braziliyanın 329 şəhərindən keçəcək.Milli.Az goal.az-a istinadən xəbər verir ki, məşəl aprelin 21-də, ənənəyə uyğun olaraq, Qədim Olimpiyada alovlandırılacaq. Mayın 3-də Braziliyada start götürəcək estafetsə avqustun 5-də Rio-de-Janeyroda, Olimpiya stadionunda yekunlaşacaq. Tədbirdə 12 min nəfərin istirak edəcəyi bildirilir.Rio Olimpiya Oyunları avqustun 5-dən 21-nə kimi keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31