«Fenerbahçe»nin Moskvaya özəl təyyarə ilə gəlməsinə razılıq verilmədi
24 Fevral 2016 21:41 İdmanRusiya Türkiyənin "Fenerbahçe" futbol klubunun Moskvaya kluba məxsus özəl təyyarə ilə gəlməsinə bu ölkəyə tətbiq olunmuş sanksiyalar üzündən razılıq verməyib.Virtualaz.org saytı Türkiyənin "Yeni Şafak" qəzetinə istinadən xəbər verir ki, İstanbul futbol klubu bu səbəbdən Avropa Liqasının cavab görüşündə oynamaq üçün Moskvaya "Türkiyə Hava Yolları" aviaşirkətinin təyyarəsi ilə gəlməyə məcbur olub.İki komanda arasında cavab görüşü sabah, fevralın 25-də oynanılmalıdır. İlk oyunda "Fenerbahçe" 2:0 hesabı ilə qalib gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31